Elçin Quliyev: Antiterror tədbirlərində qarşıya qoyulmuş bütün tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib

Elçin Quliyev: Antiterror tədbirlərində qarşıya qoyulmuş bütün tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib

Sentyabrın 19-20-də tariximizin Ən Böyük Sərkərdəsi – Möhtərəm Prezident cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin suverenliyi tam bərpa edildi!

“Poliqon”un məlumatına görə, bu fikirlər Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin “Azərbaycan” qəzetində dərc olunan məqaləsində yer alıb.

“Azərbaycan ərazisində erməni separatçılığına son qoyan, xalqımızın və soydaşlarımızın uzun illər böyük həsrətlə gözlədiyi o gün yetişdi – erməni separatçıları ağ bayraq qaldıraraq təslim oldular. Azərbaycan əsgərinin, Azərbaycan zabitinin vətənpərvərliyi, peşəkarlığı və döyüş məharəti qarşısında əlacsız olduqlarını etiraf etməli oldular.

Ermənistan silahlı qüvvələrinin sarsıdıcı məğlubiyyəti ilə sona çatan bu antiterror tədbirlərinin iştirakçısı olan, ümumi qələbəmizə öz töhfələrini verən hər bir Azərbaycan sərhədçisi bu ali missiyanın daşıyıcısı olmaqdan qürurludur! Azərbaycan sərhədçisi bu döyüş əməliyyatında da Ali Baş Komandan tərəfindən qarşıya qoyulmuş bütün tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirərək düşmənin zirehli texnikalarını, radioelektron mübarizə vasitələrini, radiolokasiya sistemlərini, silah-sursat anbarlarını və müdafiə mövqelərini məhv etdi”, – deyə Elçin Quliyev qeyd edib.

CATEGORIES
TAGS