Müdafiə

Elçin Quliyev Beyləqan və Füzuli rayonlarının sakinlərini qəbul edib

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev oktyabrın 27-də Horadiz Sərhəd Dəstəsində Beyləqan və Füzuli rayonlarının sakinlərini qəbul edib.

Bu barədə “AzeriDefence”yə DSX-nın mətbuat mərkəzindən məlumat verilib.

Qəbul zamanı vətəndaşların DSX-da xidmətə qəbulu, sərhədboyu rejimdə təsərrüfat işlərinin görülməsi zamanı ortaya çıxan problemlər, sərhədçilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müavinətlərin verilməsi, tibbi yardımın göstərilməsi və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Müraciət, şikayət və təkliflərinin əksər hissəsi araşdırılaraq yerindəcə həll olunub.

Digər müraciətlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün DSX-nın müvafiq bölmələrinə konkret tapşırıqlar verilib.

Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Back to top button