Müdafiə
Elçin Quliyev vətəndaşları qəbul edəcək

Sentyabrın 15-də Zaqatala Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev tərəfindən Balakən, Oğuz, Qax, Qəbələ, Şəki və Zaqatala rayon sakinlərinin qəbulu keçiriləcək.
DSX mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, qəbulda iştirak etmək istəyənlər suallarını sentyabrın 13-dək Xidmətin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.
Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-29 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Zaqatala Sərhəd Dəstəsinə müraciət edilməsi də xahiş olunur.




