Müdafiə
Elçin Quliyev vətəndaşları qəbul edəcək

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev vətəndaşları qəbul edəcək.
Bu barədə “AzeriDefence”yə məlumat DSX mətbuat mərkəzindən verilib.
Mayın 19-da saat 11:00-da Şəmkir Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən Ağstafa, Qazax, Samux və Şəmkir rayon sakinlərinin qəbulu keçiriləcəkdir.
Qəbulda iştirak etmək istəyənlər onları maraqlandıran sualları mayın 17-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.
Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Şəmkir Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.




