Xəbərlər

Elektrik mühərrikli “Çaqqal”ın sınaqları keçirilib

2050-ci ilə qədər Böyük Britaniya Ordusu hava tullantılarını əhəmiyyətli dərəcədə azaltmaq niyyətindədir. Buna nail olmaq üçün Böyük Britaniya Silahlı Qüvvələri artıq hibrid nəqliyyat vasitələrinin sınaqlarına başlayıb.

“Poliqon” xəbər verir ki, “Forces News” YouTube kanalında zirehli “Foxhound” yolsuzluq maşını və MAN yük avtomobili ilə birlikdə Milbrook poliqonunda sınaqdan keçirilən “Jackal” (“Çaqqal”) maşınının sınaq proseslərini nümayiş etdirib.

Xatırladaq ki, klassik “Jackal” və ya MWMIK zirehli kəşfiyyat və patrul vasitəsidir. Maşın Böyük Britaniyanın “Supacat” (indiki “SC Group”) şirkəti tərəfindən Böyük Britaniya Ordusunun adaptiv qüvvələrinin qoşun kəşfiyyatı ehtiyacları üçün yaradılıb və inkişaf etdirilir. Baza zirehli maşının şassisi “Universal Engineering”, “Cummins ISBe” mühərriki “Cummins”, transmissiyası “Allison”, asqı və amortizatorları “Fox Racing Shox” şirkətləri tərəfindən hazırlanıb. Zireh “Jankel Armouring” şirkəti tərəfindən layihələndirilib və hazırlanıb.

Maşının maksimal hərəkət sürəti: yolsuzluq şəraitində 79 km/saat, şossedə 130 km/saat təşkil edir. Maşın pulemyot və avtomatik qumbaraatanla silahlandırıla bilir. Hazırda maşının “Jackal 2” və “Coyote” kimi iki versiyası mövcuddur.

Əhəd Əzizov

Poliqon.az

Back to top button