
Türkiyənin “Elektroland Defence” şirkəti yeni GÖKBÖRÜ yerüstü robotunu ilk dəfə SAHA 2026 sərgisində təqdim edib.
“Poliqon” xəbər veri ki, çoxfunksiyalı bu yerüstü robot 6×6 təkər platformasına malikdir.
Saatda 30 kilometr sürətə çata bilən GÖKBÖRÜ 800 kiloqram yükdaşıma qabiliyyətinə sahibdir. 70 faiz dik yoxuş və 45 faiz yan meyilli ərazilərdə fəaliyyət göstərə bilən GÖKBÖRÜ ön, arxa, sağ və sol müstəqil təkər qrupları sayəsində çətin relyef şəraitində yüksək hərəkət qabiliyyəti təmin edir.
Çətin keçilən ərazilərdə belə faydalı yük bölməsini sabit saxlaya bilən sistem müxtəlif əməliyyat ehtiyacları üçün effektiv həllər təqdim edir.
Sərgi çərçivəsində Türkiyə Müdafiə Sənayesi Komitəsinin Quru Nəqliyyat Vasitələri İdarəsinin rəhbəri Murat Ceran “Elektroland Defence” stendini ziyarət edərək ilk dəfə təqdim olunan GÖKBÖRÜ, o cümlədən şirkətin digər məhsulları olan bomba zərərsizləşdirmə və kəşfiyyat-müşahidə robotları barədə məlumat alıb.
Eyni zamanda, SAHA 2026-da Türkiyə Müdafiə Sənayesi Komitəsi ilə “Elektroland Defence” arasında əlavə 5 ədəd orta sinif HANÇER yerüstü robotunun tədarükünü nəzərdə tutan müqavilə imzalanıb.




