“Enerqomaş” yeni raket mühərriklərinin hazırlamasına başlayıb
Rusiyanın “Enerqomaş” qeyri-dövlət təşkilatı RD-170 mühərrikinin əsasında yeni çox güclü maye raket mühərriklərinin hazırlamasına başlayıb. “AzeriDefence”nin məlumatına görə, bu barədə Rusiya KİV-lərinə müəssisənin direktoru Vladimir Solntsev bildirib.
V.Sontsevin sözlərinə görə, ötən il rəhbərlik etdiyi müəssisə RD-191 yeni mühərrikini yaradıb. Hazırda isə iki yeni konstruksiyanın hazırlaması üzərində işlər aparılır. Bunlar çəkisi 1 ton təşkil edən RD-193 və RD-175 mühərrikləridir.
KATEQORIYA: Aerospace