Xəbərlər

Ermənilərin basdırdığı minaya düşən ANAMA əməkdaşının vəziyyəti stabil ağırdır

Noyabrın 14-də saat 16:30 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Alxanlı kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə 1984-cü il təvəllüdlü Əhmədov Yasin Ələsgər oğlu və onun qardaşı 1989-cu il təvəllüdlü Əhmədov Asif Ələsgər oğlu mal-qara otararkən piyada əleyhinə minaya düşüblər.

ANAMA Mətbuat Xidmətindən Azeri Defence saytına verilən məlumata görə, lartlayış nəticəsində Əhmədov Yasin Ələsgər oğlu həlak olub, Əhmədov Asif Ələsgər oğlu isə ağır dərəcəli bədən xəsarəti alıb.

Qeyd olunan mülki vətəndaşların təxliyyə olunması üçün Agentliyin minaaxtaranları həmin əraziyə cəlb olunub. Təxliyyə əməliyyatı zamanı Əhmədov Asif Ələsgər oğlu ərazidən çıxarılıb, Əhmədov Yasin Ələsgər oğlunun təxliyəsi zamanı isə Agentliyin minaaxtaranı 1979-cu il təvəllüdlü Xudiyev Asəf Mürsəl oğlu öz xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən basdırılmış piyada əleyhinə minaya düşüb, nəticədə sol ayağı topuq nahiyəsindən amputasiya olunub və çox saylı qəlpə yarası alıb.

Hal-hazırda Xudiyev Asəf Mürsəl oğlu Füzuli rayon Diaqnostika Mərkəzində dərhal cərrahiyyə əməliyyatına alınıb, vəziyyəti stabil ağırdır.

ANAMA b ir daha bildirir ki, qeyd olunan ərazilər işğaldan azad olunmuş torpaqlardır və təhlükəsizlik səbəbindən həmin ərazilərə mülki şəxslərin girişi qəti qadağandır.

 

Back to top button