Xəbərlər
Ermənistan ordusunun təxribatı nəticəsində 91 mülki şəxs ölüb, 405 nəfər yaralanıb

Baş Prokurorluq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlərin statistikasını açıqlayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Azeri Defence saytına verilən məlumata görə, sentyabrın 27-dən noyabrın 3-dək Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 91 mülki şəxs həlak olub, 405 nəfər xəsarət alıb.
Həmçinin, 2488 yaşayış evi, 461 mülki obyekt və 97 çoxmərtəbili yaşayış binası yarasız vəziyyətə düşüb.




