Xəbərlər
Ermənistan silahlı qüvvələri Ağdamı artilleriya atəşinə tutur

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Ağdam rayonunun Çullu və Çıraqlı kəndləri artilleriya atəşinə tutulur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Azeri Defence” saytına verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə tədbirlər görülür.




