Xəbərlər
Ermənistan Silahlı Qüvvələrinin əlahiddə zirehli tank taborunun komandiri məhv edilib

Cəbhənin Ağdərə istiqamətində yerləşən Ermənistan Silahlı Qüvvələrinin 10-cu dağatıcı diviziyasının müdafiə zolağında düşmənin bir neçə tankı sıradan çıxarılıb.
Bu barədə “Azeri Defence” saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində 77-ci əlahiddə zirehli tank taborunun komandiri polkovnik-leytenant Nelson Akopcanyan məhv edilib”, – deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.




