Müdafiə
Erməni əsgəri minaya düşərək ölüb

Qoşunların təmas xəttində Ermənistan Ordusunun hərbçisi minaya düşüb.
“AzeriDefence”nin erməni mediasına istinadən verdiyi məlumatına görə, avqustun 2-də saat 15.00 radələrində hərbçi 1996-cı il təvəllüdlü Qevor Arutyunyan Dağlıq Qarabağın şərq hissəsində minaya düşüb.
Aldığı xəsarətlərdən Q. Arutyunyan ölüb.



