Müdafiə
Erməni hərbçisi məhv edilib

Azərbaycan-Ermənistan silahlı qüvvələrinin təmas xəttində erməni hərbçisi öldürülüb.
“AzeriDefence”nin “news.am”a istinadən verdiyi məlumatına görə, 1998-ci il təvəllüdlü Mher Feliks oğlu Arzumanyanın Azərbaycan Ordusunun mövqeləri tərəfindən açılan atəşlə öldürüldüyü bildirilir.
Hadisə aprelin 28-də saat 09.30 radələrində qoşunların təmas xəttinin cənub hissəsində baş verib.



