
Ermənistanın İrəvan Riyazi Maşınlar Elmi Tədqiqat İnstitutunun (Yer NİİMM) Çinin “Dahua Technology” şirkəti ilə birlikdə hazırladığı elektro-optik kəşfiyyat kompleksi Ermənistan Ordusunun işğal altındakı Azərbaycan ərazilərində yerləşən birləşmələrinin silahlanmasına verilib.
“AzeriDefence”nin Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, noyabrın 15-də Qarabağda artilleriya divizionlarının birinin döyüş atışlı taktik təlimlərin gedişatında həmin optik kəşfiyyat kompleksi tətbiq edilib.
“Qoyamart” televiziya proqramının kadrlarında MT-LB zirehli maşının üzərində hazırlanan həmin kompleks görüntülənib.
Yeni kompleksin taktiki-texniki göstəriciləri barədə məlumat mövcud deyil.
Qeyd edək ki, hərbi sənaye mövzusu üzrə məlumatları işıqlandıran Samvel Ağababayan öz bloqunda həmin kompleksin bəzi elementlərinin sentyabr ayında İrəvanda keçirilmiş “ArmSecurity-2017” sərgisində nümayiş olunduğunu yazıb.




