Ermənistan gələn il üçün müdafiə xərclərini artırır

Ermənistan gələn il üçün müdafiə xərclərini artırır

Ermənistan hökuməti 2024-cü ildə müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.

“Poliqon” “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə Ermənistanın müdafiə xərcləri 309 milyard erməni dramı (təxminən 770 milyon ABŞ dolları) artırılacaq.

Ermənistanın Baş naziri qeyd edib ki, bu, ölkənin 2018-ci ildə 247.9 milyard erməni dramı (indiki məzənnə ilə təxminən 616 milyon ABŞ dolları) olan illik müdafiə xərcindən 125 faiz çoxdur.

CATEGORIES
TAGS