Ermənistan ordusu tank və minaatanlarla Azərbaycan mövqelərini atəşə tutur

Ermənistan ordusu tank və minaatanlarla Azərbaycan mövqelərini atəşə tutur

Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü tərəfimizdən qəbul edilib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Buna baxmayaraq Ermənistan tərəfi əlavə olaraq tank və 120 millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və Azərbaycan mövqelərini atəşə tutmaqda davam edir”, – deyə Nazirlikdən bildirilib.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş