
Bu gün cəbhənin Füzuli rayonu istiqamətində ermənilərə aid pilotsuz uçuş aparatı (PUA) məhv edilib.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Ordusuna məxsus pilotsuz uçuş aparatı (PUA) aşkar olunaraq atəşlə məhv edilib.






