Müdafiə
Ermənistan Ordusunun hərbçisi ölüb

Bu gün Qarabağ ərazisində Ermənistan Ordusunun əsgəri ölüb.
“AzeriDefence”nin erməni mediasına istinadən verdiyi məlumata görə, hərbi qulluqçu, 1997-ci il təvəllüdlü Qor Amazatoviç Qareqinyan güllə yarasından ölüb.
Hadisə Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində – fevralın 6-da saat 11.00 radələrində Dağlıq Qarabağın şimal-şərq istiqamətində baş verib.



