Ermənistan silahlı qüvvələri Kəlbəcər və Gədəbəyi atıcı silahlardan fasilələrlə atəşə tutub

Ermənistan silahlı qüvvələri Kəlbəcər və Gədəbəyi atıcı silahlardan fasilələrlə atəşə tutub

Avqustun 22-i saat 12:00-dan 12:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli, Aşağı Şorca və Dərə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə və Gədəbəy rayonunun Daryurd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə “Poliqon” Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat verib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

CATEGORIES