
Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, nəticədə Azərbaycan Ordusunun daha iki hərbi qulluqçusu yaralanıb.
Hazırda qeyd olunan istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətli cavab tədbirləri görülür.




