Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib

Sentyabrın 2-si səhər saatlarında Azərbaycan Ordusunun Şahbuz və Kəlbəcər rayonları istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) səyyar yerüstü idarəetmə stansiyası məhv edilib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, bu stansiyadan Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə yerləşən mövqeləri üzərində kəşfiyyat aparan və zərbə endirən PUA-ların idarə olunması üçün istifadə olunurdu.

CATEGORIES
TAGS