Ermənistanın Fransadan aldığı GM200 radarının imkanları – ARAŞDIRMA
Xəbər verdiyimiz kimi, Fransa və Ermənistan arasında üç ədəd GM200 radarının tədarük edilməsi ilə bağlı satınalma müqaviləsi imzalanıb.
“Poliqon”un məlumatına görə, “Ground Master 200” (GM200) “Thales Group” şirkəti tərəfindən istehsal olunan orta mənzilli AESA 3D radarıdır.
Bu radar təkmilləşdirilmiş GM200 MM/A və MM/C variantları, eləcə də qısa mənzilli GM60 və uzun mənzilli GM400 radarları və onların müvafiq variantları ilə yanaşı “Ground Master” ailəsinin bir hissəsidir.
GM200 hava nəzarəti boşluqlarını dolduran və ya hava hücumundan müdafiə (HHM) sistemi üçün sensor kimi fəaliyyət göstərir. GM200 həmçinin yerüstü kanala, həmçinin raket/artilleriya/minaatan aşkaretmə sisteminə və xəbərdarlıq qabiliyyətinə malikdir.
Sistem 20 fut tutumlu ISO konteynerə yerləşir və çəkisi on tondan azdır. Buraya enerji generatoru qurğusu, antena maçtası, səs və məlumat ötürücü radiorabitə dəsti olan 2 iş yeri üçün otaq daxildir.
GM200 radarı avtomobil və dəmir yolu nəqliyyatı, C-130 tipli taktiki təyyarə və ya helikopterlə daşına bilər.
GM200 radarı 15 dəqiqə ərzində qurula, uzaqdan və ya yerli olaraq idarə edilə bilər.
Bəzi tapşırıqların mürəkkəbliyi o deməkdir ki, hava məkanı haqqında dəqiq situasiya məlumatlılığı üçün sadəcə olaraq uzun mənzilli radarlara etibar etmək əlavə resurslar tələb edə bilər. Maskalanmalar arxasında hava məkanının qorunmasını təmin etmək üçün uzun mənzilli radarları tamamlamaq və ya açılmış qüvvələrə yerüstü hava hücumundan müdafiə (Ground-Based Air Defence – GBAD) və yaxud hər ikisini təmin etmək üçün GM200 radarı özünü bütün dünyada çoxfunksiyalı orta mənzilli radar kimi təsdiqləyib.
Məlum olduğu kimi, uzun mənzilli radarlar, tərifinə görə, çox uzaq məsafələrdə təhlükələri aşkar etmək və izləmək qabiliyyətinə malikdir. Bu, dəqiq və müasir tanınmış hava şəkilini (Recognised Air Picture – RAP) saxlamaq üçün çox vacib olsa da, maskalanmaların arxasında olan hər şey aşkar edilmir. Belə bir müşahidə boşluğu Hava Məkanının Mühafizəsi (Airspace Protection) üçün kritik ola bilər.
Buna görə də bir çox Komanda və İdarəetmə (Command and Control – C2) mərkəzləri bu boşluğu doldurmaq və ya bu rolu öz üzərinə götürmək üçün Orta Mənzilli Radarlara (Medium-Range Radars) etibar edirlər.
Əgər təhdidin aşkarlanması, identifikasiyası və izlənilməsi dəqiq və aktual RAP-nin saxlanması üçün nə qədər vacibdirsə, bu təhlükənin zərərsizləşdirilməsi hava məkanının suverenliyini qorumaq üçün bir o qədər vacibdir. Orta mənzilli radarlar müvafiq cavabı vermək üçün hədəf məlumatı əldə etməli və onu GBAD-a mümkün qədər dəqiq və tez çatdıra bilməlidir.
GM200 radarının quruluşu aşağı və yüksək hündürlükdəki hədəfləri bütün növ mühitlərdə eyni vaxtda aşkar etməyə və izləməyə imkan verir. GM400α radarının uğurla sübut edilmiş arxitekturasına əsaslanaraq, o, Çox Qısa Mənzilli HHM (Very Short Range Air Defence – VSHORAD) üçün Qısa Mənzilli HHM (Short Range Air Defence – SHORAD) sistemlərinə qədər HHM silahlarının koordinasiyasını təmin edir.
Mürəkkəb hərbi fəaliyyətlər teatrlarında açıldıqda, silahlı qüvvələr çoxsaylı təhdidlərə qarşı həssas olur. Hava məkanını təhdid edən raketlər bunlardan yalnız biridir. Raket, artilleriya və minaatandan (Rocket, Artillery and Mortar – RAM) tutmuş aşağı və orta hündürlükdə və potensial olaraq silahlı dəstələrdə işləyən Pilotsuz Uçuş Aparatlarına (PUA, Unmanned Aerial Vehicles – UAV) qədər döyüş məkanı gərgin və “dolmuş” ola bilər.
GM200, GBAD-a qoşulduqda açılmış silahlı qüvvələri hava təhdidlərindən qorumaqla yanaşı, onun “aşkaretmə və xəbərdarlıq” qabiliyyəti onların RAM-a qarşı təhlükəsizliyini təmin edir. GM200 çoxfunksiyalı radarı silahlı qüvvələri eyni vaxtda çoxsaylı təhdidlərin buraxılma və zərbə təhlükəsi koordinatları ilə təmin edir. Bu qabiliyyət bölgədəki insanları xəbərdar edir, onlara sığınmaq üçün bir neçə saniyə verir.
Yüksək mobilliyə malik GM200, 20 futluq ISO konteyneri daxilində üçün radar, antena maçtası, güc generator qurğusu (Power Generator Unit – PGU) və iki operatoru yerləşdirməkdən ötrü əməliyyat kabinəsi üçün nəzərdə tutulmuş bir avtonom həlldir.
GM200 radarı 8×8 təkər formullu yük maşınında daşınır və əməliyyatlar üçün 15 dəqiqəyə açılır. Döyüş vəziyyətindən yürüş vəziyyətinə keçirilmə müddəti 10 dəqiqə təşkil edir. Belə qısa yığılma müddəti operatorlara mühüm elementlərin sağ qalmasını təmin edir ki, bu da radarın əsas üstünlüklərindəndir.
Radarda süni intellektdən ilhamlanmış alqoritmlər tətbiq edilib. Radar elektron əkstəsir imkanlarına (Electronic Counter Counter Measures – ECCM) sahibdir. Şüanın formalaşması rəqəmsaldır, tam rəqəmsal çoxsəviyyəli şüadan istifadə olunur. Tam doppler dalğa formalarına malikdir.
GM200 radarının əsas xüsusiyyətləri:
– diapazon – GaN texnologiyası ilə S diapazon;
– genişləndirilmiş aşkarlama diapazonu:
müşahidə rejimi – 250 km
qarşılıqlı əlaqə rejimi – 100 km
– bir dövrdə tam müddətli 3D əhatə dairəsi – -7°-dən +70°-ə qədər (müşahidə üçün 3 saniyə, qarşılıqlı əlaqə üçün 1,5 saniyə);
– tavan – 24.400 metrə qədər.
GM200 radarı aşağı, yavaş, kiçikdən tutmuş yüksək manevrli gizli hədəflərə qədər hərtərəfli hədəflər spektrini aşkar edə bilir:
– hava-tənəffüs hədəfləri (Air Breathing Targets – ABTs);
– helikopterlər (peyda olmaqla havada uçuşlar – hovering during pop-up phase – daxil olmaqla);
– qanadlı raketlər (Cruise Missiles – CMs);
– dəniz səthi hədəfləri (suüstü hədəflər);
– raketlər;
– artilleriya mərmiləri;
– minaatan minaları;
– I sinifdən (Mini) IV sinfə (HALE) qədər PUA-lar.
GM200 radarı operatorlara göstərilən hava şəklini pozmadan dəyişdirilə bilən yalnız iki sadə əməliyyat rejimi ilə üstün xüsusiyyətləri təmin edir.
GM200 radarında 24 saat avtonom işləməyi təmin etmək üçün güc bloku quraşdırılıb.
Dünyada 25 ölkəyə 60-dan çox satılan GM200 radarları hazırda ekstremal iqlim şəraitində 21-ci əsrin təhlükələri ilə üzləşən müxtəlif əməliyyat teatrlarında fəaliyyət göstərir. Radarın operatorları sırasına Fransadan başqa Moldova (1 sistem), Niderland (12 sistem), Norveç (5+3 sistem), Ukrayna (2 sistem) və Ermənistan (3 sistem) daxildir.
Ukraynaya 2 ədəd GM200 radarının satılmasına Fransa hökumətinin icazə verməsi haqqında bu ilin fevral ayının əvvəllərində Fransanın Silahlı Qüvvələr naziri Sebastyen Lekornyü özünün sosial şəbəkə səhifələrində yazmışdı. Fransa hərbi idarəsi rəhbərinin sözlərinə görə, sistemin xərcləri Ukraynaya dəstək üçün yaradılan xüsusi fonddan ödəniləcək. Nazir radarların qiymətini açıqlamamışdır. 2023-cü il fevralın 1-də Fransa hökuməti “Thales Group” şirkəti ilə Ukrayna üçün GM200 radarının alınmasına dair müqavilə imzalamışdır.
Moldovanın GM200 radarı alması haqqında məlumatlar kütləvi informasiya vasitələrində cari ikin oktyabr ayının əvvəllərində yayılıb. Moldova onu Avropa İttifaqının Moldova Ordusu üçün təklif etdiyi 40 milyon avroluq dəstək paketindən alıb. Moldova Müdafiə Nazirliyi radarın qiymətini açıqlamasa da, bu radar silah bazarında təxminən 14 milyon avroya satılır.
23 oktyabr 2023-cü il tarixində dünya kütləvi informasiya vasitələrində Ermənistanın Fransadan 3 ədəd GM200 radarı alacağı barədə xəbərlər paylaşılıb. Məlumatlarda Fransanın Silahlı Qüvvələr naziri Sebastyen Lekornyü ilə ermənistanlı həmkarı Suren Papikyan arasında GM200 radarlarının tədarükünə dair alqı-satqı müqaviləsinin imzalandığı qeyd olunur.
Əhəd Vahidoğlu