Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olublar
Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınlarına dərin hüznlə baş sağlığı verir.
Allah rəhmət eləsin!
CATEGORIES Müdafiə