Ermənistanın zərbə PUA-ları hədəfə çatmadan zərərsizləşdirilib – FOTO

Ermənistanın zərbə PUA-ları hədəfə çatmadan zərərsizləşdirilib – FOTO

Mayın 11-i və 12-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonundakı bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları tətbiq edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən hava hədəfləri vaxtında aşkar edilmiş və radioelektron mübarizə vasitələrinin tətbiqi nəticəsində onlar hədəfə çatmadan zərərsizləşdirilmişdir.

Təqdim olunan foto materiallarda zərbə PUA-larının qalıqları əks olunur.

Poliqon.az

CATEGORIES
TAGS