Erməni generalları Xankəndində fövqəladə toplantı keçirdi
Toplantıda cəbhədəki son vəziyyət müzakirə olunubSon həftələrdə Qarabağ cəbhəsində itkilərin artması Dağlıq Qarabağdakı separatçı rejimdə böyük narahatlıq yaradıb. “AzeriDefence.com”un erməni saytlarına istinadən verdiyi məlumata görə, ötən gün axşam saatlarında Xankəndində Ermənistan Müdafiə Nazirliyindən və separatçı rejimdən hərbçilərin iştirakı ilə fövqəladə toplantı keçirilib.
Fövqəladə toplantıda hərbi hissələrdə növbə çəkmə rejiminin icrası, təmas xəttində texniki təchizatın vəziyyəti dəyərləndirilib. Birlik komandirlərinin son günlər cəbhədə baş verən hadisələrlə bağlı fikirləri dinlənilib.
Qeyd edək ki, iyulun sonlarından başlayaraq Qarabağ cəbhəsinin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu tərəfindən Ermənistan Ordusunun kəşfiyyat-diversiya cəhdlərinin qarşısının alınması ilə yanaşı, həyata keçirilmiş əks tədbirlər nəticəsində 5-dən artıq erməni hərbçisi öldürülüb. Ermənilərin atəşkəsi mütəmadi pozduqları bəzi nöqtələr isə neytrallaşdırılıb.