Estoniya Cənubi Koreyadan əlavə K9 özüyeriyən haubitsaları alır

Estoniya Cənubi Koreyadan əlavə K9 özüyeriyən haubitsaları alır

Estoniyanın Müdafiə Nazirliyi Cənubi Koreyanın “Hanwha Defense” şirkətindən əlavə K9 “Thunder” özüyeriyən artilleriya qurğuları (ÖAQ) alır.

“Poliqon” Estoniya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunun üçün tərəflər arasında 12 ədəd K9 ÖAQ-ın tədarükünü nəzərdə tutan müqavilə imzalanıb.

Müqaviləyə əsasən, K9 ÖAQ-ların istehsalı və Estoniya Silahlı Qüvvələrinə çatdrılma işlərinin 2026-cı ilə qədər tamamlanması planlaşdırılıb.

Qeyd edək ki, sifariş verilən 12 ədəd K9-un təhvil alınması ilə birlikdə Estoniya Ordusunda xidmət göstərən bu ÖAQ-ların sayı 36-ya yüksələcək.

K9 özüyeriyən haubitsa hazırda dünya ölkələri tərəfindən ən çox tərcih edilən özüyeriyən artilleriya qurğularından hesab olunur.

K9 “Thunder” dəqiqədə 6-8 atəş açmaq imkanına malikdir. Onun maksimum atış mənzili 40 kilometr, sursat tutumu 48 ədəd, döyüş ağırlığı isə 47 ton təşkil edir.

Poliqon.az

CATEGORIES
TAGS