
Estoniya Ordusu Türkiyə istehsalı olan zirehli maşınları təhvil alıb
Estoniya Ordusu Türkiyə istehsalı olan ARMA 6×6 və NMS 4×4 zirehli nəqliyyat vasitələrini təhvil alıb.
Bu barədə “Poliqon” “Janes” nəşrinə istinadən xəbər verib.
Xatırladaq ki, 2023-cü ilin oktyabr ayında Estoniyanın Müdafiə İnvestisiyaları Mərkəzi (ECDI) Türkiyənin “Otokar” şirkəti ilə ARMA 6×6 və “Nurol Makina” şirkəti NMS 4×4 zirehli maşınlarının tədarükünə dair müqavilələr imzalayıb.
Müqavilələr çərçivəsində hər iki zirehli maşının Estoniya Ordusuna çatdırılmasına 2024-cü ildə başlanması və 2025-ci ildə tamamlanması planlaşdırılmışdı.
Həmçinin bax: “Otokar” Estoniya Ordusuna ARMA 6×6 zirehli transportyorlarını tədarük edəcək; “Nurol Makina” Estoniya Ordusunu NMS 4×4 zirehli maşınları ilə təchiz edəcək
- ARMA 6×6
- NMS 4×4
TAGS Manşet