“Eurosatory 2022”: İsrail şirkətləri “EdgeRCWS” süni intellekt sistemini təqdim edir

“Eurosatory 2022”: İsrail şirkətləri “EdgeRCWS” süni intellekt sistemini təqdim edir

İsrailin “Nir-Or” və “Axon-Vision” şirkətləri 13-17 iyun tarixlərində Fransanın paytaxtı Parisdə keçirilən “Eurosatory-2022” sərgisində yeni nəsil uzaqdan idarəolunan silah sisitemləri (NG RCWS) üçün birgə hazırladıqları “EdgeRCWS” AI (Artificial intelligence) süni intellekt sisteminin təqdimatını keçirib.

“Poliqon” xəbər verir ki, İsrail şirkətlərinin birgə hazırladığı “EdgeRCWS” sistemi real vaxt rejimində AI analitikasını birləşdirir və istifadəçiyə maksimum səmərəlilik və dəqiqlik təklif edir.

Kiçik ölçüyə və yüngül çəkiyə malik olan “EdgeRCWS”, müxtəlif döyüş qüllələrinə və silah sistemlərinə asanlıqla inteqrasiya oluna bilməklə yanaşı, atəşə dəstək missiyalarını genişləndirmək və avtomatlaşdırmaq üçün ağıllı atəş ardıcıllığını da ehtiva edir.

Sərgidə “EdgeRCWS” sistemi, “Nir-Or” şirkətinin süni intellekt imkanlarını, avtomatik hədəf tanıma (ATR), çoxsaylı hədəflərin avtomatik izlənilməsi və smart skanını özündə birləşdirən, eləcə də silahlı qüvvələrin situasiyası haqqında məlumatlılığını artıran “Smart video” sistemi ilə birlikdə nümayiş etdirilir.

Şirkət mütəxəssislərinin sözlərinə görə, “Nir-Or” özünün qabaqcıl video sistemini İsrail Müdafiə Ordusunun (İDF) arsenalında yer alan “Namer” və “Eitan” zirehli döyüş maşınlarına inteqrasiya edib. “Nir-Or” şirkəti “Axon-Vision” ilə birlikdə bu sistemlərə süni intellekt imkanlarının tətbiqini nəzərdə tutan növbəti addıma keçid edib.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS