Xəbərlər
F-35 döyüş təyyarəsi atış təlimində özünü vurdu

ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus F-35B döyüş təyyarəsi havada atış təlimi çərçivəsində atdığı top mərmisi ilə özünü vurub.
Bu barədə “Poliqon” “Tolgaozbek.com”a istinadən xəbər verir.
Hadisənin təlim zamanı F-35B-nin gövdəsinin alt hissəsində yerləşən xarici avtomatik top qınından atılan 25 mm-lik atəş yığımının partlaması nəticəsində meydana gəldiyi bildirilib.
Bazaya qayıdan döyüş təyyarəsində aparılan ekspertizadan sonra, ona 2.5 milyon ABŞ dolları dəyərində ziyan dəydiyi müəyyən edilib.




