FHN aviasiyası təlim uçuşları keçirir
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya Dəstəsi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində təlim uşuşlarına başlayıb. Bu barədə “AzeriDefence” FHN-in saytına istinadən məluma verib.
Təlim uçuşları eyni zamanda Xəzər dənizi üzərində yerinə yetirilir. Təlimdə məqsəd uçuş heyətinin peşəkarlığının artırılmasıdır.
Təlim-məşq uçuşlarında nazirliyin “Mİ-17” və “Ka-32” tipli 2 ədəd vertolyotu və “BE-200 ÇS” tipli amfibiya təyyarəsi iştirak edir.
CATEGORIES Aerospace