FHN: Hazırda Marmaris bölgəsində yanğınların söndürülməsi davam etdirilir

FHN: Hazırda Marmaris bölgəsində yanğınların söndürülməsi davam etdirilir

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə FHN-in müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a bildirilib ki, qrupu fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev yola salıb, müvafiq tapşırıqlar verib.

FHN-in Türkiyədə olan yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər.

Yanğınsöndürənlər 2 qrupa ayrılaraq hazırda Marmaris bölgəsində yanğınların söndürülməsini həyata keçirirlər.

1 1 2 1 3 1

Poliqon.az

CATEGORIES
TAGS