FHN-in amfibiya tipli təyyarəsi Türkiyəyə çatıb

FHN-in amfibiya tipli təyyarəsi Türkiyəyə çatıb

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədəki meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün bu ölkəyə köməklik məqsədilə yola salınmış Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus BE-200ÇS amfibiya tipli təyyarə Türkiyənin Muğla bölgəsinin Dalaman Hava Limanına çatıb.

Bu barədə “Poliqon” FHN-in mətbuat xidmətinə istinadən məlumat verib.

Təyyarə sabah səhər saatlarından etibarən yanğınların söndürülməsi əməliyyatlarına başlayacaq.

Poliqon.az

CATEGORIES
TAGS