FHN-in rəhbər heyəti Türkiyəyə gedib

FHN-in rəhbər heyəti Türkiyəyə gedib

Məlumat verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri hazırda Türkiyədə yanğınlarla mübarizə aparır.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata əsasən, FHN-in qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə, bu gün səhər fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılıq etdiyi Nazirliyin məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyəyə gedib.

Dünən isə FHN-in müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə çatıb.

Məlumatda o da qeyd olunub ki, Marmaris bölgəsində yanğınlarla mübarizə aparan FHN-in yanğınsöndürənləri bəzi istiqamətlərdə yanğınların genişlənməsinin qarşısını alıb.

Poliqon.az

CATEGORIES