Filippin Ordusu İsrail tankları ilə silahlanır

Filippin Ordusu İsrail tankları ilə silahlanır

Filippin Ordusu cari ayın sonunadək İsrailin “Elbit” şirkətindən aldığı tanklardan 20 ədədini qəbul edəcək.

“Poliqon” xəbər verir ki, Filippin Ordusunun Zirehli tank divizionunun qərargahından bildiriblər ki, müharibədən sonrakı dövrdə ilk dəfə olaraq Filippinin Silahlı Qüvvələri müasir tanklar alacaq.

Qeyd edək ki, Filippin müvafiq olaraq 105 mm-lik və 120 mm-lik toplu döyüş modulları ilə silahlanmış 30 ədəd “Sabrah” ASCOD və “Pandur II” döyüş maşını sifariş edib. Onlardan 20 ədədi bu ilin sonuna qədər, qalan 10 ədədi isə 2023-cü ildə ölkəyə gəlməlidir.

“Sabrah” ASCOD döyüş maşınını yüngül tank adlandırmaq mümkündür, çünki o ASCOD tırtıllı piyada döyüş maşınları əsasında qurulur və əlavə zirehlənməyə malikdir. “Pandur II” döyüş maşını isə top modulunun quraşdırıldığı təkərli zirehli transportyordur.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS