Filippin Ordusunun zirehli texnikaları təkmilləşdirilib

Filippin Ordusunun zirehli texnikaları təkmilləşdirilib

Əsaslı təmir və modernizasiya olunmuş 6 ədəd ACV-300 və 7 ədəd “Simba” zirehli döyüş maşını Filippin Ordusunun istismarına verilib.

“Poliqon” xəbər verir ki, bu barədə Filippin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, modernizasiya çərçivəsində tırtıllı şassiyə sahib ACV-300-lər müasir rabitə, naviqasiya və silah sistemləri, 4×4 təkər formuluna malik “Simba”lar isə yeni mühərrik ilə təchiz olunub. Bununla “Simba” zirehli döyüş maşınlarının hərəkət və manevr qabiliyyətləri artırılıb.

Qeyd edək ki, ACV-300-lər döyüş imkanlarının artırılması üçün Türkiyənin FNSS şirkətindən alınan yeni SABER döyüş modulu ilə silahlandırılıb. Bu silah sisteminin alınması üçün şirkət və Filippin Müdafiə Naziriliyi arasında müqavilə 2020-ci ilin sonunda imzalanıb.

Müqaviləyə əsasən, Filippin Türkiyədən SABER döyüş modulunun 12.7 mm-lik iri çaplı pulemyot / 7.62 mm-lik pulemyot və 40 mm-lik top / 7.62 mm-lik pulemyot olmaqla iki versiyasını satın alıb. Döyüş modulunun bundan başqa 25 mm-lik M242 “Bushmaster” avtomatik topu və 7.62 mm-lik pulemtyot ilə silahlandırılmış modeli də var.

Paylaşılan fotolardan göründüyü kimi döyüş modulu artıq sifarişçiyə təhvil verilib və ordunun zirehli texnikalarına inteqrasiya edilərək xidmət göstərməyə başlayıb.

upgraded armor assets2 e1674852420475

Poliqon.az

CATEGORIES
TAGS