
FIM-92K “Stinger” Block I raketlərinin Mərakeşə satışı təsdiqlənib
ABŞ Dövlət Departamenti 825 milyon dollar dəyərindəki FIM-92K “Stinger” Block I raketlərinin Mərakeşə satışını təsdiq edib.
“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.
Bildirilib ki, sifarişə 600 ədəd “yer-hava” tipli FIM-92K “Stinger” Block I raketinin satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.
Sözügedən sifarişin baş podratçısı ABŞ-ın “RTX Corporation” və “Lockheed Martin” şirkətləri olacaq.
Qeyd edilib ki, bu satış Mərakeş Silahlı Qüvvələrinin qısa mənzilli hava hücumundan müdafiə imkanlarını genişləndirərək onların cari və gələcək təhdidlərə cavab vermək qabiliyyətini artıracaq.