Finlandiya Müdafiə Qüvvələri “Patria” zirehli transportyorları ilə təchiz olunacaq

Finlandiya Müdafiə Qüvvələri “Patria” zirehli transportyorları ilə təchiz olunacaq

“Patria Group” şirkəti və Finlandiyanın Müdafiə Qüvvələri arasında “Patria 6×6” zirehli transportyorlarının tədarükü ilə bağlı müqavilə imzalanıb.

“Poliqon” xəbər verir ki, bu barədə “Patria Group”un “Linkedin” hesabında paylaşım edilib.

Xatırladaq ki, ötən ilin iyun ayında Finlandiyanın sabiq müdafiə naziri Antti Kaikkonen CAVS (Common Armoured Vehicle System) proqramı çərçivəsində ölkənin Müdafiə Qüvvələri üçün “Patria 6×6” zirehli transportyorlarının satın alınmasına icazə verib. İndi isə bu müqavilənin imzalanması ilə birlikdə zirehli transportyorların alınması rəsmi olaraq təsdiqlənib.

CATEGORIES
TAGS