Finlandiya Quru Qoşunlarının zirehli texnika parkı gücləndirilir

Finlandiya Quru Qoşunlarının zirehli texnika parkı gücləndirilir

Finlandiyanın müdafiə naziri Antti Kaikkonen ölkənin Müdafiə Qüvvələrinə 6×6 təkər formullu “Patria” zirehli transportyorlarını satın almağa icazə verib.

“Poliqon” xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu çərçivədə Finlandiya Quru Qoşunları üçün 91 ədəd “Patria 6×6” zirehli transportyoru alınacaq, onlara təlim, ehtiyat hissə, təmir və texniki qulluq kimi xidmətlər göstəriləcək.

Ümumi dəyəri 208 milyon avro təşkil edən satınalmaya əsasən, texnikaların sifarişçiyə çatdırılmasına 2023-cü ildən başlanacaq.

Qeyd edək ki, sözügedən sifarişə 70 ədəd “Patria 6×6”nın tədarükünü nəzərdə tutan əlavə satınalma maddəsi də daxildir.

“Patria 6×6” zirehli transportyorları Finlandiyanın “Patria Group” şirkəti tərəfindən istehsal edilir. STANAG level 2 səviyyəsində ballistik və mina qorumasına malik olan zirehli texnikanın mühafizə qabiliyyəti sifarişçinin istəyinə uyğun şəkildə STANAG level 4-ə qədər artırıla bilər.

“Patria 6×6” ikisi ekipaj üzvü olmaqla (sürücü və komandir) ümumilikdə 12 nəfər personalı daşımaq bacarığına sahibdir. Müxtəlif konfiqurasiyaları olan “Patria 6×6”dan fərqli məqsədlər üçün istifadə etmək mümkündür.

Poliqon.az

CATEGORIES
TAGS