Finlandiya və Latviya birlikdə “Patria” 6×6 ZTR istehsal edəcək

Finlandiya və Latviya birlikdə “Patria” 6×6 ZTR istehsal edəcək

Finlandiya və Latviya iki illik danışıqlardan sonra “Patria” müdafiə sənayesi şirkəti ilə birlikdə “Patria” 6×6 zirehli transportyorlarının birgə istehsalının təşkili haqqında “Çərçivə müqaviləsi” imzalayıb.

“Poliqon” xəbər verir ki, “Patria” şirkətinin mətbuat xidməti bildirib ki, bu müqavilənin şərtlərinə əsasən, qarşıdakı səkkiz il ərzində, yəni 2021-2029-cu illərdə Latviya ordusu 200 ədəd altı oxlu zirehli transportyor almalıdır.

Müqavilənin dəyəri açıqlanmır. Ancaq məlumdur ki, Latviya “Patria” şirkətindən təkcə zirehli transportyorları deyil, həm də onların istehsalının daha da inkişaf etdirilməsi və kadr hazırlığı üçün texnologiyalar almalıdır.

Nəzəri olaraq belə bir ortaq istehsal layihəsi yeni üzv ölkələrin ona qoşula biləcəyini ehtimal edir. Öz növbəsində Finlandiya Hökuməti və “Patria” şirkətinin rəhbərliyi bu zirehli transportyorların milli silahlı qüvvələr üçün gələcək seriyalı sifarişi ilə bağlı niyyət məktubu imzalayıb.

Qeyd etmək lazımdır ki, Latviya və Finlandiyanın zirehli transportyorların birgə mümkün istehsalına dair danışıqlara 2020-ci ildə başlayıb.

“Patria” 6×6 zirehli transportyoru, ardıcıllıqla “Patria XA” və “Patria AMV” zirehli maşınlarının kompliyasiyası olaraq hazırlanmış və özündə hər iki zirehli texnikanın üstünlüklərini birləşdirir.

Bir tərəfdən “Patria” 6×6 zirehli transportyorunun geniş desant bölməsi var, digər tərəfdən isə bu zirehli transportyorun istismarı və texniki xidməti asandır. “Patria AMV” transportyorundan alınan effektiv güc qurğusu və müstəqil asqı sayəsində “Patria” 6×6 zirehli transportyoru istənilən relyefli ərazidə əla keçmə qabiliyyətini nümayiş etdirir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS