FNSS “Kaplan MT” tankının seriyalı istehsalına başlayıb – ÖZƏL

 FNSS “Kaplan MT” tankının seriyalı istehsalına başlayıb – ÖZƏL

Türkiyənin FNSS şirkəti, “Kaplan MT” orta ağır sinif tankının dizayn təkmilləşdirmə prosesini tamamlayıb.

Bu barədə “Poliqon”a FNSS şirkətinin İş Strategiyaları üzrə direktoru Bülent Bəyoğlu deyib.

Bülent Bəyoğlu bildirib ki, bununla ilk dəfə olaraq IDEF-2021 sərgisində nümayiş etdirilən “Kaplan MT” tankının təkmillədirilmiş versiyasının seriyalı istehsalı başlanıb.

İndoneziya Ordusunun sifarişi əsasında FNSS ilə yerli “PT Pindad” şirkətinin birgə istehsal edəcəyi “Kaplan MT” tankının prototipi artıq Türkiyə və İndoneziyada həyata keçirilən dözümlülük və atəş testlərini uğurla tamamlayıb.

Xatırladaq ki, Türkiyə və İndoneziya arasında yüngül tank layihəsinə dair müqavilə 2014-cü ildə imzalanıb. FNSS-in “Akıncı” Zirehli Döyüş Maşınının (ZMA) bazasında müəyyən dəyişikliklər aparılmaqla yaradılan yüngül tank sinfinə aid edilən “Kaplan MT” döyüş maşınları İndoneziya şəraitinə, xüsusilə cəngəllik şəraitlərinə uyğunlaşdırılıb.

MRS5808 e1631018993324

IDEF-2019 sərgisində Türkiyə və İndoneziya arasında “Kaplan MT” tankının birgə istehsalına dair imzalanan müqavilə əsasında FNSS müəssisələrində kütləvi istehsal işlərinə başlanılıb. Müqavilə çərçivəsində 18 ədəd “Kaplan MT” tankı istehsal edilməli, ilk 10 tank Türkiyənin FNSS şirkətinin müəssisələrində, qalan 8 tankın istehsalı isə İndoneziyada həyata keçirilməlidir.

“Kaplan MT” Türkiyənin orta ağır tank sinifində ilk ixracat müqaviləsi olması ilə yanaşı İndoneziya və Türkiyə arsında Müdafiə Sənayesi Əməkdaşlıq Sazişləri çərçivəsində imzalanan və nəticə əldə olunan ilk layihədir. İstehsal, “PT Pindad” mühəndislərinin və İndoneziya Ordusundan son istifadəçilərin iştirakı ilə FNSS təsislərində seriyalı istehsalın son dizaynına qərar verildikdən sonra başlayıb. “Kaplan MT” tankının 2021-ci il ərzində sifarişçiyə çatdırılıması nəzərdə tutulub.

Mütəxəssilərin sözlərinə görə, “Kaplan MT” öz sinifində ən üst səviyədə mina və ballistik qoruma imkanına sahibdir. İstəyə bağlı olaraq “Kaplan MT” tankı Türkiyənin “Aselsan” şirkəti tərəfindən hazırlanan “Pulat” akitiv müdafiə sistemi ilə təchiz edilə bilər.

Əsas döyüş tankı ilə müqayisədə daha yüngül və daha kiçik ölçülərə malik olan “Kaplan MT” böyük tankların hərəkət edə bilmədiyi ərazidə, eləcə də ağırlıq səbəbindən böyük tankların keçə biləcəyi körpü və digər infrastrukturların olmadığı coğrafi bölgələrdə daha əhəmiyyətlidir. Tankın əsas fərqi müxtəlif ekoloji mühitlərdə döyüş apara bilməsi, fərqli hədəflərə qısa, orta və ya uzun məsafədən atəş açmasıdır.

MRS5909“Akıncı” ZMA döyüş maşını üzərində aparılmış dəyişikliklər nəticəsində “Kaplan MT”nin çəkisi 2 ton artırılaraq 20 tona çatdırılıb. Əhəmiyyətli dəyişiklik döyüş maşınının silah sistemində olub. Yeni maşın sələfindən fərqli olaraq 30 mm-lik deyil, 105 mm-lik “Cockerill” yivsiz topla silahlandırılıb. Yüngül tanka avtomatik doldurma qabiliyyətinə malik “CMI Cockerill 3105” qülləsi inteqrasiya olunub. “Kaplan MT” ilk atışdan hədəfi dəqiq vurmağa imkan verən atış nəzarət sistemi ilə komplektləşdirilib. Tankın ikinci silahı 7,62 mm çaplı pulemyotdur.

“Kaplan MT”nin daxili bölməsi, əsas döyüş tankında olduğu kimi gövdənin ön mərkəzində sürücü bölməsi, mərkəzdə komandir və topçu bölməsi yerləşir. Tankın ballistik və mina mühafizəsi STANAG 4569 Level-4 səviyyəsinə cavab verir. 360 °-də 14,5 mm çaplı atıcı silahlardan, 30 mm-dən 155 mm-ə qədər olan topların qəlpələrindən, o cümlədən pistin və döşəmənin altında 10 kq TNT mina partlamasından mühafizə oluna bilir.

Tam avtomatik elektron idarə olunan transmissiya və dizel mühərriki ilə təchiz edilən “Kaplan MT”nin maksimum sürəti 70 km/saatdır.

MRS5798 e1631019027652

Poliqon.az

CATEGORIES
TAGS