Xəbərlər
FNSS-nin “Kaplan” və “Pars” zirehli maşınlarının tədarükü davam edir

Türkiyənin FNSS şirkətinin “Kaplan-STA” və “Pars-STA” tanklarla mübarizə maşınlarının tədarükü davam edir.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin (SSB) sədri İsmail Dəmir özünün rəsmi sosila media hesabında deyib.
“ROKETSAN tərəfindən hazırlanan OMTAS raketi ilə silahlandırılan və FNSS tərəfindən istehsal edilən “Kaplan” və “Pars” STA-larının çatdırılmasına davam edirik”, – deyə SSB sədri vurğulayıb.





