Xəbərlər

FNSS Respublika Günü münasibətilə Azərbaycan xalqına təbrik mesajı ünvanlayıb

Fərqli ölkələrdəki istifadəçilər tərəfindən məhsulları seçilən Türkiyənin FNSS şirkəti 28 May – Respublika Günü münasibətilə Azərbaycan xalqına təbrik mesajı ünvanlayıb.

“Poliqon” xəbər verir ki, təbrik mesajında deyilir: “FNSS ailəsi olaraq, dost və qardaş ölkə Azərbaycan Respublikasının quruluşunun 103-cü ildönümünü səmimi arzularımızla təbrik edirik.

Ortaq bir mədəniyyət və mirasa sahib olduğumuz Azərbaycan xalqının və başda Prezident cənab İlham Əliyev olmaqla bütün Azərbaycan dövlətinin Respublika Günü mübarək olsun”.

Back to top button