Xəbərlər
Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına fəxri adlar verilib

Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.
“Azeri Defence” xəbər verir ki, Sərəncama əsasən uzunmüddətli səmərəli fəaliyyətinə görə Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib:
“Əməkdar həkim”
Əliyev Kamal Namiq oğlu – tibb xidməti polkovniki
Aslanov Fikrət Əhəd oğlu
“Əməkdar mühəndis”
Abdullayev Elmidar Cümşüd oğlu
Ağamirzəyev Ruslan Çoban oğlu
Ələsgərov Səyyad Əlməhəmməd oğlu
Qarayev Sahib Aslan oğlu
Quliyev İbrahim Sadıq oğlu.




