Fövqəladə hallar nazirinə yeni müavin təyin olunub
Fövqəladə hallar nazirinə yeni müavin təyin edilib.
“Poliqon” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Sərəncama əsasən, general-mayor Adil Abdullayev fövqəladə hallar nazirinin müavini təyin olunub.
Qeyd edək ki, Adil Abdullayev buna qədər Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.
CATEGORIES Xəbərlər