Fransa Filippinə “yer-hava” tipli raketlər təhvil verib

Fransa Filippinə “yer-hava” tipli raketlər təhvil verib

Filippin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərində ilk dəfə olaraq hava hədəfləri ilə mübarizə aparacaq raket kompleksləri olacaq.

“Poliqon” xəbər verir ki, Fransa Filippin HDQ-nə “yer-hava” tipli “Mistral 3” raketi verib.

Fransanın “Mistral 3” zenit idarə olunan raketləri (ZİR) ilə silahlanmış “Simbad-RC” zenit raket kompleksi (ZRK) Cənubi Koreyanın “Hyundai Heavy Industries” (HHI) gəmiqayırma korporasiyası tərəfindən Filippin HDQ-yə tədarük olunan “BRP Jose Rizal” və “BRP Antonio Luna” freqatlarına quraşdırılacaq. Bunlar Filippin HDQ-də ilk müasir gəmilərdir. Əvvəllər bu ölkənin dəniz qüvvələri əsasən hədiyyə edilmiş köhnə gəmilərdən ibarət idi.

Qeyri -rəsmi məlumatlara görə, ZRK-lər Filippinə 10,69 milyon avroya başa gəlib və MBDA şirkətinin Fransa nümayəndəliyindən alınıb. Məlumatda bildirilir ki, Filippin HDQ yaxın gələcəkdə yeni raket komplekslərini sınaqdan keçirməyi planlaşdırır.

Əhəd Əzizov

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş