Xəbərlər

Fransa ilə İtaliya SAMP-T ZRK-ni təkmilləşdirəcək

Fransa və İtaliya SAMP-T hava hücumundan müdafiə sistemini birgə modernləşdirmək üçün əməkdaşlıq edəcək.

“Poliqon” xəbər verir ki, bu barədə Fransa Müdafiə Satınalmalar Agentliyi (Direction Generale de l Armement) məlumat yayıb.

“Eurosam” İtaliya-Fransa birgə müəssisəsi tərəfindən istehsal edilmiş SAMP-T zenit-raket kompleksi Fransa və İtaliya Ordusunun arsenalında yer alır. Orta mənzilli SAMP-T kompleksi əsasən təyyarə və ballistik raketlərə qarşı müdafiə təmin edir.

Poliqon.az

Back to top button