Fransa Qazaxıstana GM400 radarları tədarük edəcək

Fransa Qazaxıstana GM400 radarları tədarük edəcək

Fransa Qazaxıstana “Ground Master 400” (GM400) radarları tədarük edəcək.

Bu barədə “Poliqon” “France24”ə istinadən xəbər verib.

Qeyd edək ki, GM400, Fransanın “Thales” şirkəti tərəfindən istehsal olunan uzun mənzilli hava müşahidə radarıdır. 3D AESA texnologiyalı radar olan GM400-ün mənzili 470 kilometrdir.

Hazırda “Thales” şirkəti müştərilərinə GM400 radarının “Ground Master 400 Alpha” (GM400α) adlı yeni versiyasını təqdim edir. Sələfi ilə müqayisədə GM400α 515 kilometr mənzilə, qabaqcıl süni intellekt imkanlarına və 5 qat daha artıq emal gücünə sahibdir.

CATEGORIES
TAGS