Fransada “Leclerc” tankı təkmilləşdirilir

Fransada “Leclerc” tankı təkmilləşdirilir

Fransa ordusunun “Leclerc” əsas döyüş tankı dərin təkmilləşdirilmədən keçəcəkdir.

“Poliqon” xəbər verir ki, Fransa Müdafiə Satınalmaları Agentliyi (DGA) “Nexter” şirkəti ilə 200 ədəd “Leclerc” əsas döyüş tankının və 17 ədəd Leclerc DCL təxliyyə vasitəsinin təmiri və təkmilləşdirilməsindən ötrü müqavilə bağlayıb.

Fransa Müdafiə Nazirliyi, 2014-cü ildə başladılan genişmiqyaslı “Scorpion” proqramı çərçivəsində tank parkını yeniləyəcəyini açıqlayıb. Proqram üzrə “Griffon” çoxməqsədli zirehli maşınlarının, “Jaguar” zirehli döyüş kəşfiyyat maşınlarının və VBMR-L yüngül çoxməqsədli kəşfiyyat maşınlarının satın alınmasından sonra DGA, 200 ədəd “Leclerc” tankının 2028-ci ilə qədər tamamlanması planlaşdırılan təmir və təkmilləşdirilməsi barədə müqavilə imzalayıb.

Daha əvvəl elan edildiyi kimi, tanklar “Leclerc XLR” versiyasına qədər təkmilləşdiriləcək. Onlar, yeni döyüş maşınları ilə döyüş meydanında qarçılıqlı əlaqədə tam işləməni təmin edəcək yenilənmiş elektronikaya sahib olacaq. Bundan başqa, “Leclerc” tankı asma modul zirehli müdafiə, həmçinin mühərrik bölməsini və qülləni arxa hissədən qoruyan şəbəkəli qəfəslərlə təmin ediləcək. Eyni zamanda, tətbiq ediləcək döyüş sursatının çeşidi genişlənəcəkdir.

AMX-56 “Leclerc”, 1980-ci illərdə GIAT Industries (indiki “Nexter”) şirkəti tərəfindən hazırlanmış Fransız ordusunun əsas döyüş tankıdır. Tankın istehsalına 1990-cı ildə başlanmış və iki il sonra silahlanmaya qəbul edilmişdir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS