Füzulidə silah-sursat aşkarlanıb
Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan “Poliqon”a verilən məlumata görə, Füzuli RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı müxtəlif silah-sursat aşkarlanıb.
Tapılan 6 avtomat, 1 qumbaraatan, 1 pulemyot, 12 əl qumbarası, 3853 ədəd müxtəlif çaplı patron və digər döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.
CATEGORIES Xəbərlər