GDELS yeni PIRANHA HMC zirehli transportyorunu təqdim edib

GDELS yeni PIRANHA HMC zirehli transportyorunu təqdim edib

Avropada fəaliyyət göstərən “General Dynamics European Land Systems” (GDELS) şirkəti (ABŞ-nin General Dynamics şirkətinin tərkibinə daxildir) PIRANHA zirehli transportyorunun yeni variantını təqdim edib.

“Poliqon” GDELS-ə istinadən xəbər verir ki, zirehli transportyorun yeni variantı PIRANHA HMC (Heavy Mission Carrier) adlanır.

Ümumi çəkisi 40 ton və faydalı yükü 17 ton olan PIRANHA HMC müasir idarəetmə və asqı texnologiyasına malikdir. Onun dizaynı Avropa şərtlərinə uyğun olaraq oxların minimal yüklənməsini, əla yolsuzluq hərəkətliliyini və xəndəkləri keçmək qabiliyyətini, həmçinin 18 metrdən az olan dönmə dairəsini təmin edir.

10×10 təkər formullu PIRANHA HMC müxtəlif missiyaların (atəş dəstək, HHM platforması, mexanikiləşdirilmiş körpü salan və s.) yerinə yetirilməsində istifadə edilə bilər ki, bu da zirehli transportyora müşətinin istəyinə uyğun şəkildə fərqli faydalı yüklərin quraşdırılmasına imkan verir.

CATEGORIES
TAGS